`Moyka`da qanlı dava, 1 nəfər bıçaqlandı


23:31     17 Aprel 2016 bicaq119.jpg

Dünən Bakıda yerləşən avtoyuma məntələrindən birində qanlı hadisə baş verib.

Femida.az Lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu ərazisində, F.Bayramov küçəsi 6 ünvanında Goranboy rayon sakini, 1986-cı il təvəllüdlü Nəcəfov Vüsal Sədrəddin oğlu bıçaqlanıb. Qarın və kürək nahiyəsindən 3 bıçaq xəsarəti alan 30 yaşlı şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Reanimasiya şöbəsində əməliyyat olunan V.Nəcəfovun vəziyyəti ağırdır və dindirilməsi mümkün deyil.

Hadisəni törədən 1991-ci il təvəllüdlü Əsgərov Namiq Şərif oğlu tutulub. Faktla bağlı cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 1003


Oxşar xəbərlər